Soyad deyişdirmek üçün ne etmeli?
05 Sentyabr 2013 Cümə Axşamı 16:50
Soyad deyişdirmek üçün ne etmeli? Erizeni qebul etmiş qeydiyyat şöbesi yeni şehadetnamenin daxil olması barede vetendaşa 3 iş günü müddetinde melumat verecek.
Oxucularımızdan bir çoxu bizə müraciət edərək soyadının sonluğunu dəyişdirmək istədiklərini, lakin bunun üçün hansı prosedur qaydalardan keçməli olduqlarını bilmədiklərini deyirlər.

Bununla əlaqədar Trend-in sorğusunu cavablandıran Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi Dünyamin Novruzov qeyd edib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 79 nömrəli 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nın 5.1-ci bəndinə görə Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən, onun mövcud soyadının sonluğuna dəyişiklik edilir.

Hüquqşünasın sözlərinə görə, həmin Qaydaların 5.3-cü bəndinə əsasən, soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir:

"Vətəndaş soyadın sonluğuna dəyişiklik edilməsi barədə ərizə ilə yaşayış yeri və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə müraciət etməlidir. Əgər müvafiq akt qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizəni qəbul etmiş qeydiyyat şöbəsindədirsə, onda həmin vətəndaşın soyadının sonluğuna dəyişiklik orada ediləcək və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə ona yeni şəhadətnamələr veriləcək. Əgər vətəndaşın müvafiq akt qeydləri müraciət etdiyi deyil, digər qeydiyyat şöbəsində olarsa, ərizə 3 gün müddətində огаya göndəriləcək. Sonuncu 15 gün müddətində daxil olmuş ərizə əsasında həmin akt qeydlərinə zəruri dəyişiklik edəcək, dəyişikliyin əsasını və tarixini göstərməklə müvafiq qeydlər aparacaq. Bu qeydlər onu aparan şəxsin imzası və möhürlə təsdiq edilir. Vətəndaşa təqdim edilməsi üçün yeni şəhadətnamə 3 iş günü müddətində ərizəni qəbul etmiş qeydiyyat şöbəsinə göndəriləcək".

Ərizəni qəbul etmiş qeydiyyat şöbəsi yeni şəhadətnamənin daxil olması barədə vətəndaşa 3 iş günü müddətində məlumat verəcək. Bundan sonra həmin vətəndaş müraciət edərək yeni şəhadətnaməni oradan əldə edə bilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar