Gündəm

Şok: Toyuq cücə doğdu!

Diri cücə dünyaya gətirən ev quşu ölüb.

· Xəbərçi
Şok: Toyuq cücə doğdu!
Şri-Lankada qeyri-adi hadisə baş verib. Bir toyuq yumurtlamaq əvəzinə diri cücə dünyaya gətirib. Cücə 21 gün toyuğun qarnında olan yumurtadan elə oradaca çıxıb.
Bir başa dünyaya gələn cücə tamamilə sağlam olsa da, toyuq ölüb.

Hadisənin baş verdiyi Velimada bölgəsinin baytarı həyatında ilk dəfə belə hadisə ilə qarşılaşdığını bildirib. Onun sözlərinə görə, yumurta normal şəraitdə toyuqda inkişaf edib. Ancaq zamanı gələndə, ev quşu onu yumurtlaya bilməyib.

Toyuq üzərində aparılan ekspertiza zamanı yumurtanın qabığının qırıldığı, heyvanın bu zaman baş verən daxili qanaxma nəticəsində öldüyü bəlli olub.

Şərhlər