Soçidə prezidentlərinin görüşü başlayıb
09 Avqust 2011 Çərşənbə Axşamı 15:06
Dmitri Medvedyev: “Təbii ki, görüşdə əsas diqqət Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarına ayrılacaq”


Bakı. Habil Süleymanzadə-APA. Bu gün Soçidə Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Dmitriy Medvedev arasında görüş başlayıb. APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə ikitərəfli münasibətlərin genişləndirilməsi, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilir. Görüşdən əvvəl jurnalistlərə açıqlama verən Rusiya prezidenti Dmitri Medvedyev bildirib ki, görüşdə əsas diqqət Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarına ayrılacaq: “Təbii ki, ən mühüm məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsinin çözümüdür. Mən çox səmimi söhbət etmək istərdim, bundan sonra nə etməliyik, Kazandakı üçtərəfli danışıqlar və əvvəlki təmasları da nəzərə almaqla hadisələr bundan sonra neçə inkişaf edəcək?” Dmitri Medvedev İlham Əliyevə ikitərəfli, regional və beynəlxalq məsələlərə dair geniş fikir mübadiləsi etməyi təklif edib: “ Qlobal maliyyə sisteminin yaratdığı iqtisadi problemlər bizə darıxmağa imkan vermir”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar