Gündəm

Soçidə prezidentlərinin görüşü başlayıb

Danışıqların əsas mövzusu Dağlıq Qarabağ münaqişəsidir

· Xəbərçi
Soçidə prezidentlərinin görüşü başlayıb
Rusiyanın Soçi şəhərində Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedyev və Serj Sarkisyan arasında üçtərəfli görüş başlayıb. ANS PRESS-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, danışıqlar dağ-xizək kurortu olan “Krasnaya Polyana”da aparılır.

Rəsmi şəkildə dəyirmi masa arxasında başlayan danışıqlar daha sonra qeyri-rəsmi mühitdə davam etdiriləcək. Belə ki, prezidentlər sərbəst formada dağ-xizək xəttlərindən birinə qalxacaqlar. Ehtimal ki, prezidentlər aktual məsələləri işgüzar nahar zamanı edəcəklər.

Üçtərəfli formatda artıq 8-ci dəfə keçirilən danışıqların mərkəzi mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesidir.

Şərhlər