Sirus Tebrizli vefat etdi
07 Sentyabr 2013 Şənbə 13:34
Sirus Tebrizli vefat etdi. Hazırda merhumun cenazesi Bakıya getirilir.
Azərbaycan xalq hərəkatının fəallarından olmuş məşhur ictimai-siyasi xadim, YAP-ın qurucularından biri, keçmiş mətbuat və informasiya naziri Sirus Təbrizli dünyasını dəyişib.

Bu barədə məlumatı vəkil Aslan İsmayılov ANS PRESS-ə açıqlamasında bildirdi ki, ona bu bəradə mərhumun qızları bildirib.

A.İsmayılov, S.Təbrizlinin bu gün səhər saatlarında Nabrandakı bağ evində vəfat etdiyini dedi: "Onun cəsədi bir neçə saata Bakıya gətiriləcək və Bilgədəki evində yas mərasimi keçiriləcək. Onun nədən öldüyü məlum deyil".

A.İsmayılovun sözlərinə görə, S.Təbrizlinin heç bir xəstəliyi yox idi, tamamilə sağlam idi. Vəkil, onun səhər yuxudan ayılmadığını qeyd etdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar