Sirus Tebrizli Prezident seçkileri ile bağlı müsahibe vermek isteyirdi
07 Sentyabr 2013 Şənbə 19:09
Sirus Tebrizli ölümünden bir neçə saat önce ne danışıb?
"Sirus Tebrizli həmişə olduğu kimi dünən axşam tərəfi də zəng vurdu. O, danışmağı daha çox sevirdi. Amma arada qulaq da asırdı, səni dinləyirdi".
ANS PRESS-in verdiyi xəbərə görə, tanınmış jurnaist və hüquq müdafiəçisi Eynulla Fətullayev özünün Facebook səhifəsində, bu gün səhər saatlarında vəfat edən keçmiş YAP-çı Siruz Tebrizlinin dünən onunla telefon əlaqəsi saxladığını yazıb.
Statusu olduğu kimi təqdim edirik:
O, həmişə çox emosional, ötkəm danışırdı. Çılğın idi. Ölkədə baş verən hər hadisəyə, hər şeyə görə bərk həyəcan keçirirdi. O, ətrafında baş verənlərə biganə qala bilmirdi. Laqeydlik hissi ona yad idi.
Dünənki telefon danışığımızda belə razılaşdıq ki, Sirus müəllim xanımı ilə birgə dincəlməyə getdiyi Nabrandan qayıdandan sonra - sentyabrın 10-da görüşək. Dəniz onu həmişə özünə çəkirdi. Amma onun həyat sevgisi, yaşamaq eşqi sonsuz idi.
O, dünən mənə dedi ki, prezident seçkiləri ilə bağlı geniş müsahibə vermək istəyir. İstəyir ki, ölkənin gələcəyi ilə bağlı, bir vaxtlar (artıq həmişəlik itirilmiş vaxtlar!) arxitektorlarından biri olduğu bu hakimiyyəti necə görmək istəməsi ilə bağlı fikirlərini bildirsin. Sirus bəy hakimiyyətə yaxın olmasına, dünənə qədər həm Arif Paşayevlə, həm Bəylər Əyyubovla, həm də Əliyev hökumətinin digər yüksək rütbəli məmurları ilə sıcaq münasibətlərdə olmasına baxmayaraq inanılmaz dərəcədə azad və azadlıqsevər adam idi. Təzadlıdır, amma belədir: o, hakimiyyətin antitezası olsa da bu hakimiyyəti özünün elə həmin bu iqtidara yad olan dəyərlər uğrundakı şəxsi mübarizəsi ilə eyniləşdirirdi. Onun özü Heydər Əliyev hakimiyyətinin doğurduğu ən böyük paradoks idi.
Sirus bəy dünən mənə dedi ki, Satanovskinin “Prezidentə tövsiyələr” kitabını nəhayət alıb və çox istərdi ki, seçkilər ərəfəsində o da İlham Əliyev haqda nəsə belə bir şey yazsın. Sirus bəy İlham Əliyevi öz liderinin güclü xələfi kimi görmək istəyirdi, lakin həm də onun bürokratik aparatında baş verənləri heç cür qəbul etmirdi. Onun diletantlığı, yekəxanalığı, məmurların amiranəliyini, tayfabazlığını, korrupsiyanın görməyə gözü yox idi...
DOSTLARINLA PAYLAŞ: