Şərq Tərəfdaşlığı sammiti başlayıb
07 May 2009 Cümə Axşamı 19:55
Çexiya paytaxtında Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” sammiti öz işinə başlayıb.
APA-nın sammitin işini işıqlandırmaq üçün Praqaya ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, sammitin işinə Avropa İttifaqına üzv ölkələrin hökumət və dövlət başçıları ilə yanaşı “Şərq Tərəfdaşlığı” proqramına qoşulacaq ölkələrin – Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Belarus və Moldovanın rəhbərləri də qatılıb. Sammitdə Avropa Komissyasının Xarici Əlaqələr və Avropa Qonşuluq Siyasəti üzrə komissarı xanım Benita Ferrero-Valdner, Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət üzrə ali komissarı Havyer Solana və digər yüksək vəzifəli Aİ rəhbərləri iştirak edirlər. Sammitin yekununda Avropa İttifaqı ilə “Şərq Tərəfdaşlığı” proqramına qoşulacaq ölkələr arasında saziş imzalanacaq. Qeyd edək ki, Saziş Bəyannaməsinin mətni bir müddət əvvəl proqrama qoşulacaq ölkələr tərəfindən razılaşdırılıb. Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı iştirakçı dövlətlərə birlik arasında xüsusi münasibətləri nəzərdə tutur. Bu proqramın reallaşması üçün Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” proqramına qoşulacaq ölkələrə ilkin mərhələdə 600 milyon dollar yardım göstərəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar