Serj Sarkisyan Xankəndidədir
29 Avqust 2010 Bazar 00:35
Serj Sarkisyanın Azərbaycanın işğal altındakı ərazilərinə səfərinin təfərrüatları məlum deyil.
Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib. Bu barədə məlumatı "Novosti-Armeniya" agentliyi yayıb. Onu Xankəndidə Dağlıq Qarabağ separatçı rejiminin nümayəçndələri-Bako Saakyan, Aşot Qulyan və başqaları qarşılayıblar. Səfərin təfərrüatları və məqsədi ilə bağlı heç bir məlumat yoxdur.

Qeyd edək ki, bir neçə gündən sonra Dağlıq Qarabağın “müstəqilliy”ini elan etməsinin ildönümüdür. 1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ vilayət Soveti “Dağlıq Qarabağ Respublikası”nın yaradıldığını elan edib. İndiyədək bu qondarma rejimi Ermənistanın özü də daxil olmaqla heç bir ölkə tanımayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar