Serblər Muammər Qəddafi üçün dua edir
25 Mart 2011 Cümə 02:35
Serblər NATO-nun Serbiyanı bombardıman etməsinin ildönümü münasibətilə etiraz aksiyası keçirib
Kosovonun Mitroviça şəhərində serblərin kompakt yaşadığı ərazidə 1999-cu ildə NATO-nun Serbiyanı bombardıman etməsinin ildönümü münasibətilə etiraz aksiyası keçirilib. Aksiyada iştirak edən təxminən 3 000 nəfərlik serb qrup açdığı “Kosovo Serbyanındır”, “İşğalçı NATO” şüarları ilə yanaşı beynəlxalq qüvvələrin hərbi müdaxiləsinə məruz qalan Liviya lideri Müammər Qəddafiyə də dəstək nümayiş etdirib.
Kosovonun şimalında yaşayan serblərin sadəcə Serbiyaya tabe olacağını bildirən Mitroviça serblərinin lideri Radenko Nedelkoviç əhali sayımında da iştirak etməyəcəklərini bildirib. “Kosovo Serbiyanın ayrılmaz bir hissəsidir. Biz aprelin 1-də keçiriləcək əhali sayımında da iştirak etməyəcəyik. Bizim iştirak etmədiyimiz əhali sayımının isə əhəmiyyəti olmayacaq”.
Daha bir serb lider olan Salvişa Ristiç isə işğalçılara qarşı müqavimət göstərən Qəddafi üçün dua etdiklərini bildirib: “NATO-nun müdaxiləsinə baxmayaraq biz hələ də burdayıq. Bu səbəblə də Liviya lideri Qəddafinin də bombardımana qarşı dayanması və işğalçı qüvvələrə qarşı müqavimət göstərməsi üçün dua edirik”.
Etriaz aksiyasını pisləyən Kosovo daxili işlər naziri Bayram Rəcəbi yaxın günlərdə Kosovo qanunlarının bu yerlərdə də qüvvəyə minəcəyini deyib.
DOSTLARINLA PAYLAŞ: