Sefer Ebiyev müharibe mesajı verib
23 Avqust 2013 Cümə 15:31
Müdafie naziri Sefer Ebiyev qonaqların diqqetine çatdırdı ki, veziyyet bu cür davam ederse Azerbaycan ordunun imkanlarından istifade etmek mecburiyyeti qarşısında qalacaq.
Avqustun 23-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Yaponiya müdafiə nazirinin müavini Masahisa Satonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Müdafiə nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verdiyi məlumata görə, son illər Yaponiya ilə Azərbaycan arasında mədəni və iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyini qeyd edən nazir Səfər Əbiyev hərbi sahədə də ikitərəfli əməkdaşlığın qurulmasının münasibətlərin dərinləşməsinə böyük töhfələr verəcəyini önə çəkib.
Yaponiya Müdafiə Nazirliyi nümayəndə heyətinin Azərbaycana ilk səfərinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran nazir regionda baş verən hərbi-siyasi vəziyyət, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsini doğuran səbəblər barədə yaponiyalı qonaqları məlumatlandırdı. O bildirdi ki, Ermənistanın təcavüzkar siyasəti bu gün də davam edir. Baxmayaraq ki, ATƏT-in Minsk Qrupu çərçivəsində problemin həllinə üstünlük göstərilsə də, təəssüf ki, konkret nəticə yoxdur. Nazirin sözlərinə görə, digər narahatlıq yaradan amillərdən biri də BMT-nin məlum 4 qətnaməsinin indiyədək icra olunmaması ilə bağlıdır. Amerika Birləşmiş Ştatları Konqresinin 907-ci düzəlişinin aradan qaldırılmamasının əlavə təsirlərini də nəzərə alsaq o zaman görərik ki, bölgədə hansı gərginliklər hökm sürür. Müdafiə naziri Səfər Əbiyev qonaqların diqqətinə çatdırdı ki, vəziyyət bu cür davam edərsə Azərbaycan ordunun imkanlarından istifadə etmək məcburiyyəti qarşısında qalacaq.
Azərbaycan-Yaponiya əməkdaşlığının vacibliyini vurğulayan nümayəndə heyətinin rəhbəri Masahisa Sato Azərbaycan Silahlı Qüvvələrinin sülhyaratma missiyalarda iştirakının böyük əhəmiyyət daşıdığını bildirdi. Görüş zamanı ikitərəfli hərbi əməkdaşlıq sazişinin layihəsi üzərində işləmək barədə razılıq ifadə olundu.
Görüşdə Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadə və Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe iştirak edib.
DOSTLARINLA PAYLAŞ: