Səfər Əbiyev İran səfiri ilə görüşüb
25 Dekabr 2009 Cümə 11:40
Səfər Əbiyev İran səfiri ilə görüşüb. Səfir, İranın yeni hərbi attaşesini Azərbaycan müdafiə nazirinə təqdim edib.
Azərbaycan müdafiə naziri general-polkovnik Səfər Əbiyev bu gün İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məmmədbağır Bəhramini qəbul edib. Səmimi şəraitdə keçən görüşdə hər iki ölkə arasında hərbi əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Səfir İran İslam Respublikasının yeni hərbi attaşesini Azərbaycan müdafiə nazirinə təqdim edib.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar