Səfər Əbiyev çinli həmkarı ilə görüşüb
29 Oktyabr 2010 Cümə 21:45
Səfər Əbiyev çinli həmkarı ilə görüşüb. Görüşdə ikitərəfli əlaqələrin perspektivi müzakirə edilib.
Çin Xalq Respublikasında (ÇXR) səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bu ölkənin milli müdafiə naziri, general Liang Guanglie ilə görüşüb. Məlumata görə, əvvəlcə ÇXR Milli Müdafiə Nazirliyində Azərbaycan müdafiə nazirinin rəsmi qarşılanma mərasimi olub. Görüşdə çıxış edən L. Guanglie Çin və Azərbaycanın 18 il əvvəl diplomatik əlaqələr qurduğunu, ikitərəfli münasibətlərin inkişaf etdiyini, tez-tez yüksək səviyyəli ziyarətlərin təşkil olunduğunu qeyd edib. Nazir bildirib ki, Çin və Azərbaycan silahlı qüvvələri arasında əlaqələr ikitərəfli münasibətlərin vacib hissəsidir. Rəsmi Pekin bu sahədə əməkdaşlığı genişləndirmək və inkişaf etdirməkdə maraqlıdır.

Çinlə əlaqələrin Azərbaycanın prioritetlərindən olduğunu deyən S. Əbiyev bildirib ki, rəsmi Bakı Çinin müstəqilliyinə və ərazi bütovlüyünə hörmət edir. S.Əbiyev Azərbaycanın Çinlə hərbi və təhlükəsizlik sahəsində əlaqələri yüksəltmək marağında olduğunu da qeyd edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar