Sarkisyan Astanaya uçub
30 Noyabr 2010 Çərşənbə Axşamı 15:40
Ermənistan prezidentini XİN rəhbəri və bir sıra rəsmilər müşayiət edir
Ermənistan prezidenti Serj Sarkisyan ATƏT-in Qazaxıstanda keçiriləcək sammitində iştirak etmək üçün Astanaya uçub. ANS PRESS-in erməni saytlarına istinadən verdiyi xəbərə görə, Sarkisyanı müşayiət edən nümayəndə heyətinin tərkibinə xarici işlər naziri Edvard Nalbandyan və xüsusi tapşırıqlar üzrə səfir Arkadi Qukasyan, Prezident Aparatı rəhbərinin müavini Viqen Sarkisyan daxil olub.

Məlumata görə, sammit çərçivəsində Sarkisyan yüksək vəzifəli şəxslərlə ikitərəfli görüşlər keçirəcək.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev də sammitdə iştirak etmək üçün artıq Astanaya yola düşüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar