Gündəm

Sarkisyan Ankaranı ittiham etdi

Sarkisyan: "Türkiyə rəhbərliyi lazımı siyasi iradə nümayiş etdirmədi"

· Xəbərçi
Sarkisyan Ankaranı ittiham etdi
“Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa can atırdı, lakin Ankaranın siyasi iradəsizliyi bu prosesə mane oldu”. Bu fikirləri Ermənistan prezidenti Serj Sərkisyan ifadə edib. Onun sözlərinə görə, Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq prosesini başlatmaqla tamhüquqlu əməkdaşlıq, qarşılıqlı maraqlara əsaslanan ticarət münasibətlərin qurulmasına nail olmaq istəyirdi.

"Lakin proses dayandı, çünki Türkiyə rəhbərliyi lazımı siyasi iradə nümayiş etdirmədi. Təəssüf ki, biz rəsmi Ankaranın öz beynəlxalq öhdəliklərini yerinə yetirməyə real hazır olduğunu görmədik”. ANSPRESS

Şərhlər