Sami Yusuf rəsmi açıqlama verib
09 Sentyabr 2009 Çərşənbə 11:25
Sami Yusuf: "Düşünürəm ki, Norveç və Ermənistanın çıxışları Azərbaycanın çıxışından daha ləyaqətlidir"
Əslən azərbaycanlı olan və hazırda Böyük Britaniyada yaşayan müğənni Sami Yusif Ermənistanda konsert vermek istəməsi və "Avroviziya -2009"da erməniləri dəstəkləməsi barədə yayılan xəbərlərlə bağlı rəsmi açıqlama verib. Bu barədə Sami Yusufun şəxsi saytının rəhbəri Fuad Babayev ANS PRESS-ə məlumat verib.

Açıqlamanı olduğu kimi təqdim edirik: ”Son zamanlar Türkiyənin "Yeni Şəfəq" qəzetində mənim söylədiyim iddia edilən xəbər haqqında çox maillər almışam. Qəzet mənim “Avroviziya" mahnı müsabiqəsində Ermənistanı Azərbaycandan üstün tutduğumu açıq-aşkar iddia edir.
Mən müsahibə alan qadını xatırlayıram. Müsahibə 45 dəqiqəyə yaxın davam etdi. Biz çox şeyləri müzakirə etdik və müsahibədən sonra liftdən düşərkən “Avroviziya” mahnı müsabiqəsi haqqında söhbət etdik. Təqsirsiz bir şəkildə əlavə etməliyəm ki, mən “Norveçin və Ermənistanın çıxışlarının Azərbaycanın çıxışından daha ləyaqətli olduğunu düşündüyümü“ söyləmişdim.. Azərbaycanın çıxışı Azəri mədəniyyətini və musiqisini əks etdirmirdi. Çox təəccüblüdür ki, jurnalist 45 dəqiqə müsahibə götürür və deyilmiş olan bir sətirə digər düşüncələri əlavə edir. Xahiş edirəm, belə jurnalistikaya məhəl qoymayasınız, əhəmiyyət verməyəsiniz. Onların tək məqsədləri oxucu kütləsini “çaxnasma salaraq” artırmaqdır”.

Xatırladaq ki, Azərbaycanı şoka salan bu xəbər ilk dəfə Türkiyənin "Yeni Şəfəq" qəzetində dərc olunub. Məlumatda iddia edilir ki, müğənni "Avroviziya -2009"da Ermənistan təmsilçilərinin çıxışını azərbaycanlılardan çox bəyəndiyini və ermənilərlə aramızda heç bir fərq olmadığını deyib. Qəzet həmçinin yazıb ki, S.Yusif ermənilərlə azərbaycanlıların arasında heç bir problemin olmadığını və düşmənçiliyə siyasətin səbəb olduğunu ifadə edib. Qəzetdə yazılıb ki, Sami Yusif Ermənistanda konsert verməyi düşündüyünü də etiraf edib. "Məktəbdə erməni dostlarım da vardı. Heç bir fərqimiz yoxdur. İnsanları ayıran tək səbəb siyasətdir".
 
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar