Sabahdan yağıntı qayıdır
15 Fevral 2012 Çərşənbə 12:45
Şimal-qərb küləyi güclənəcək.
Sabah axşam Bakıda və Abşeron yarımadasında gecə havanın yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, fevralın 15-dən 16-na keçən gecə az yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi, axşam yenidən yağıntılı olacağı gözlənilir. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-3 dərəcə isti, gündüz 5-9 dərəcə isti, axşama doğru müsbət 2 dərəcəyə yaxın olacağı gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 16-da hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar