Sabaha olan hava proqnozu
05 Yanvar 2012 Cümə Axşamı 12:27
Arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
Bakıda və Abşeron yarımadasında sabah gündüz havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər və axşam yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-4 dərəcə isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında yanvarın 6-da hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz: yanvarın 6-da Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər. Yanvarın 7-8-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
DOSTLARINLA PAYLAŞ: