Gündəm

Sabah Sabirabad, Saatlı və İmişlidə qaz olmayacaq

İmişlidə yerləşən şəkər zavoduna təbii qazın verilişində məhdudiyyətlər yaranacaq.

· Xəbərçi
Sabah Sabirabad, Saatlı və İmişlidə qaz olmayacaq
Sabah bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq. Dövlət Neft Şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “Azadkənd-İmişli” magistral qaz kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar 24 dekabr tarixində saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir işlər aparılan müddətdə Sabirabad, Saatlı və İmişli rayonlarına, o cümlədən Şəkər zavoduna təbii qazın verilişində məhdudiyyətlər olacaq.

Şərhlər