Sabah Ramazan ayı başlayır
10 Avqust 2010 Çərşənbə Axşamı 15:08
Sabah Ramazan ayı başlayır. APA-nın məlumatına görə, bu gün axşam isə niyyət gecədir. Şəvval hilalının görünməsindən asılı olaraq, Ramazan bayramı sentyabrın 9-u və ya 10-na təsadüf edəcək.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan orucunu tutanlara kömək məqsədilə xüsusi cədvəl və yaddaş kitabçası hazırlayıb. QMİ-dən bildirilib ki, oruc və namaz vaxtlarını ayrı-ayrı qurumlar tərəfindən hazırlanan, təfriqə yaradan cədvəllərə deyil, Şamaxı Astrofizika Rəsədxanası ilə birgə hazırlanan, elmə əsaslanan, milli-mənəvi birliyə xidmət edən cədvələ müvafiq nizamlamaq tövsiyə olunur. Cədvələ riayət olunmasının təmini qazılara, yerlərdəki səlahiyyətli nümayəndələrə, Axundlara, imamlara həvalə edilib.

QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Qədr gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə, 24-dən 25-nə və 26-dan 27-ə keçən gecələrə təsadüf edir.

Qeyd edək ki, Ramazan təqvimi APA-nın saytında da yerləşdirilib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar