Gündəm

Sabah Ağstafada qaz olmayacaq

Təmir-bərpa işləri ilə əlaqədar rayonun qaz təchizatında məhdudiyyətlər yaranacaq.

· Xəbərçi
Sabah Ağstafada qaz olmayacaq
Ağstafa rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. Dövlət Neft Şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, təmir-bərpa işləri ilə əlaqədar sabah 16 mart tarixində saat 10:00-dan 18:00-dək “Ağstafa” Avtomatik Qazpaylayıcı Stansiyasından Ağstafa rayonunu “mavi yanacaq”la təmin edən kəmərdə təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Ağstafa şəhəri də daxil olmaqla, rayonun Dağ Kəsəmən, Xətai, Yenigün, Poylu, Aşağı Kəsəmən, Zəlimxan və Qıraq Kəsəmən kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.

Şərhlər