Gündəm

Sabah 3 rayonda qaz olmayacaq

Zərdab, Ucar və Ağstafanın qaz təchizatında məhdudiyyətlər yaranacaq.

· Xəbərçi
Sabah 3 rayonda qaz olmayacaq
Sabah ölkənin 3 rayonunda qaz olmayacaq. Dövlət Neft Şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Zərdab, Ucar və Ağstafa rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Təmir-bərpa işləri ilə əlaqədar 13 yanvar tarixində saat 10:00-dan 18:00-dək “Lək”, “Zərdab” və “Köçəsgər” Qazpaylayıcı Stansiyalarında, həmçinin “Dağkəsəmən” Avtomatik Qazpaylayıcı Stansiyasında qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Zərdab şəhəri daxil olmaqla rayonun Qaravəlli, Ucar rayonunun Lək kəndlərinə, eləcə də Ağstafa rayonuna təbii qazın verilişində məhdudiyyətlər olacaq.

Şərhlər