Gündəm

Saakaşvili İlham Əliyevə zəng edib

Mixail Saakaşvili Dövlət Neft Akademiyasında baş vermiş faciəli hadisə nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib

· Xəbərçi
Saakaşvili İlham Əliyevə zəng edib

Bu gün Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə  zəng edib. Gürcüstan prezidenti Dövlət Neft Akademiyasında baş vermiş faciəli hadisədən hədsiz kədərləndiyini bildirib, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Azərbaycan Prezidenti İlham Əliyev başsağlığına və diqqətə görə Gürcüstan Prezidenti Mixeil Saakaşviliyə minnətdarlığını bildirib. /ANS PRESS/

Şərhlər