Rüstem İbrahimbeyov Dağıstana gelib
29 Avqust 2013 Cümə Axşamı 16:27
Rüstem İbrahimbeyov: Bu gün Moskvaya qayıdacağam.
Dünən ölkə mediasında Rüstəm İbrahimbəyovun Dağıstana gəldiyi barədə məlumat yayılmışdı. Virtualaz.org saytının xəbərində qeyd olunurdu ki, o, Dağıstana bu respublikann prezidenti, “Milyarderlər ittifaqı”nın üzvü Ramazan Abdulatipovun şəxsi dəvəti ilə səfər edib. Ancaq "etibarlı qaynaqlardan əldə olunduğu" bildirilən xəbər heç kim tərəfindən təsdiqlənmirdi.
Musavat.com-un müvafiq xəbəri dəqiqləşdirmək üçün əlaqə saxladığı Eldar Namazov ("El" hərəkatının sədri və Milli Şuranın icra katibi ) isə müxbirimizə açıqlamasında bildirmişdi ki, Rüstəm İbrahimbəyovun Dağıstana gəlməsi barədə onda heç bir məlumat yoxdur.
Bu gün "Yeni Müsavat"ın əməkdaşı Rüstəm İbrahimbəyovla telefon rabitəsi yarada bilib. Hörmətli kino-dramaturq, Mlli Şuranın sədri əməkdaşımıza bildirib ki, onun Dağıstanda səfərdə olması barədə xəbər doğrudur.
Rüstəm İbrahimbəyov ölkəmizin şimal qonşuluğuna gəlişinin səbəbinin siyasətlə bağlı olmadığını, Dağıstanın böyük şairi, MDB məkanında böyük şöhrətə malik ziyalısı Rəsul Həmzətova həsr olunan filmin çəkilişi üçün gəldiyini bildirib.
R.İbrahimbəyov deyib: “Rəsul Həmzətovun 90 illik yubileydir. Onun barəsində mənim kino şirkətim film çəkir. Filmin ssenari müəllifi mənəm. Bir aydan artıqdır ki, çəkilişlər gedir. Mən də bir neçə günlüyə gəldim ki, baxım görüm nəticələr necədir. Bu gün Moskvaya qayıdacağam”.
Rüstəm İbrahimbəyov Dağıstan prezidenti Ramazan Abdullatibovla görüşünün əvvəldən planlaşdırılmadığını əsas göstərərək onunla görüşməyib: “Mən buraya film çəkilişi üçün gəlmişəm”.
DOSTLARINLA PAYLAŞ: