Rusiyalı polisin Qarabağ narahatlığı
28 Avqust 2013 Çərşənbə 10:11
Azərbaycanın işğal altında olan torpaqlarına səfər edən polis deyəsən sərxoş olub.
Düz sözə nə deyəsən - ermənilər Azərbaycanı ləkələyən, onu söyən, hansısa demokratiya barədə çağırışlar etməyi sevən şəxsiyyətlərin axtarışında müvəffəqiyyətə nail ola bilirlər.
Erməni mətbuatında yer alan məlumata görə, Sergey Karnauxov adlı hansısa rusiyalı Azərbaycanın işğal altında olan torpaqlarına -Dağlıq Qarabağa səfər edib. Buradada ürək ağrısı və həyəcanlı səslə Ermənistanın bu gün məğlub edilməsi asan olan hədəf ölkə olmasından narahat olduğunu deyib. Əlbəttə ki, atan tərəf Azərbaycan olacaq. Bəs bu cənab Karnauxov kimdir?
Sən demə o sadə rusiyalı polisdir. Düzdür ali hüququ təhsili, hətta "polis sistemindəki xidmətinə" görə medalı da var. Rusiyada o daha çox tanınmış müxalifət nümayəndəsi Aleksey Navalova qarşı cinayət işinin təşəbbüsçüsü kimi tanınır.
Bir necə gün Qarabağda olan və yerli konyakı dadan rusiyalı polis Ermənistanın və Dağlıq Qarabağın gələcəyindən çox narahat olub. O belə deyib: "Mən bura gəlmişəm ki, Qarabağı və Ermənistanı Azərbaycandan və ABŞ-dan qoruyum".
Yəqin ki, o həmin gün bir az çox konyak içib. Sərxoş halda insan nələr danışmaz ki. Düzdür o Ermənistanı hansı yolla mühafizə edəcəyini açıqlamayıb.
Ermənilər də öz növbəsində onun pafoslu çıxışına biganə qalmayıblar. Belə ki, Sergey Kornouxov Ermənistan polisinin "Əməkdaşlığın möhkəmləndirilməsinə görə" medalı ilə təltif edilib. Onun daha nələrlə mükafatlandırıldığı isə bilinmir.
DOSTLARINLA PAYLAŞ: