Gündəm

Rusiyada borclu azerbaycanlı saxlanıldı

Adı açıqlanmayan azerbaycanlı kişinin 11 milyon rubl borcu var.

· Xəbərçi
Rusiyada borclu azerbaycanlı saxlanıldı
Rusiyada federal axtarışda olan azərbaycanlı saxlanılıb. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Çerepovetsdə Rusiya pasportu almaq istərkən saxlanılıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, saxlanılan kişi faizi ilə 9 milyon rubl borc alıb. Amma o 11 milyon rubl olan borcu qaytara bilməyib. Məhkəmə pulun sahibinin xeyrinə qərar çıxarsa, azərbaycanlının şəhəri tərk etdiyi bəlli olub. Araşdırmadan sonra əvvəlcə onun Azərbaycana qayıtdığı, sonra isə borclu vətəndaşın Rusiyaya geri döndüyü və Moskvada yaşadığı məlum olub.

Moskva polisi onun yaşadığı yeri və Çerepovetsdə pasport almağa hazırladığını müəyyən edib. Nəticədə pasport almağa gələn azərbaycanlı məhkəmə qərarı, açılan cinayət işi üzrə iki ilə qədər azadlıqdan məhrum etmə cəzası gözlədiyi ilə tanış edilib.

Şərhlər