Rusiyada azərbaycanlı miqrantlara qarşı nifrətin səbəbi məlum oldu
18 Oktyabr 2013 Cümə 23:48
Problemin kökündə Moskvada ərzaq bazarına nəzarətin azərbaycanlıların əlində cəmləşməsi durduğu deyilir.
Zaman keçdikcə, Moskvada Azərbaycan vətəndaşı Orxan Zeynalova qarşı zorakılığın, ümumiyyətlə, azərbaycanlı miqrantlara qarşı nifrətin səbəbləri üzə çıxır. Məlum olub ki, problemin kökündə Moskvada ərzaq bazarına nəzarətin azərbaycanlıların əlində cəmləşməsidir.
Millətçilər Moskvada ərzaq məhsullarına azərbaycanlıların nəzarət etməsinə qarşıdırlar.
Rus skinxedlər Moskvada miqrantlarla bağlı yaranan kriminal vəziyyətin səbəbini azərbaycanlılarda görmürlər. Onlar sadəcə olkələrində miqrantların bu qədər çox olmasına qarşıdırlar. Bunu Brilyulevodakı iğtişaşlarda millətçi qruplara rəhbərlik edən Aleksandr Belov ANS-ə müsahibəsində deyib. Onun sözlərinə görə, azərbaycanlıların paytaxta idxal olunan ərzaq məhsullarının böyük hissəsinə nəzarət etməsini qəbul edə bilmirlər.
Milliyətçi qrupun rəhbəri Aleksandr Belov: “Hamı bilir ki, Azərbaycan diasporu ərzaq məhsullarının paytaxta girişinin 90 faizini əlində saxlayır. Bu isə monopoliya deməkdir. Qiymətlər süni olaraq bahalaşdırılır. Bu monopoliya heç kimin xoşuna gəlmir. Ancaq buna qarşı qanuni yollarla mübarizə aparmaq da mümkün deyil. Çünki Azərbaycan diasporunun qanuni bir monopol təşkilatı da yoxdur. Biz azərbaycanlılara aid bu bazalarda qanunsuz miqrant axınına qarşı çıxırıq. Çünki bütün cinayətləri də bu miqrantlar törədir”.
Ekspertlər millətçilərin xalqın narazılığından yararlandığını düşünür.
Bəs Rusiyada milliətçi qruplaşmaların fəallaşmasının arxasında duran səbəblər nədir. Ekspertlər bunu vətəndaşların çoxunun ölkədəki sosial-iqtisadi problemlər və korrupsiyaya qarşı mübarizədə məhz millətçi şüarlarlardan istifadə etmək həvəsində görürlər.
Ekspert Kiril Kabanov: “Məsələ burasındadır ki, milliyətçilər həmişə xalqın narazı olduğu şeylərdən istifadə ediblər. İndi də ölkəmizdə qanunsuz miqrantlar və korrupsiyanın artması insanları narahat edir. Bu isə millətçilərin dəyirmanına su tökür. Əlbəttə ki, radikal milliyətçilərin qarşısının alınması üçün bu problemlərin təcili həll edilməsi lazımdır. Əks halda bu ölkəmizin parçalanması deməkdir”.
Rusiya hökumətinin nümayəndələri isə son hadisələrdən isteriya yaratmağın yanlış olduğunu deyirlər.
Rusiya Xarici İşlər Nazirinin müavini Qriqori Krasin: “Moskvada baş verən bu faciəvi hadisədən sonra bir az səbirli və təmkinli olmaq lazımdır. Başa düşmək lazımdır ki, bizdə millətçilik olmaz, çox millətli bir ölkədə bu mümkün deyil. Ona görə heç kimin kriminal bir hadisəyə görə hay-küy yaratması doğru deyil”.
Rusiya Duması İnformasiya Komitəsinin sədri Aleksey Mitrofanov: “Rusiya ilə ABŞ arasında çox təcili vəziyyətlərdə birbaşa əlaqə üçün okeanın altından xətt çəkilib. Niyə görə əvvəllər eyni ölkənin tərkibində olan Rusiya və Azərbaycan arasında belə bir qaynar xətt yoxdur. Bu hadisələr göstərdi ki, ölkələrimiz arasında dialoq azlıgı var”.
Moskva polisi isə paytaxtdakı iğtişaşların təkrarlanmaması üçün son günlər miqrant və millətçilərə qarşı reydləri çoxaldıb.
DOSTLARINLA PAYLAŞ: