Gündəm

Medvedevin Bakıya səfəri başlayır

Bu gün Rusiya prezidentinin Azərbaycana səfəri başlayır

· Xəbərçi
Medvedevin Bakıya səfəri başlayır
Bu gün Rusiya prezidenti Dmitri Medvedevin Bakıya səfəri başlayır. Rusiya nümayəndə heyətindəki mənbə bildirib ki, Dmitri Medvedev Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində iştirakla yanaşı, Azərbaycan, Qazaxıstan və İran liderləri ilə ikitərəfli görüşlər keçirəcək.

Dmitri Medvedevlə İlham Əliyev arasındakı görüşdə Dağlıq Qarabağ problemi və Xəzərdəki yataqlardan enerji daşıyıcılarının nəqli marşrutlarının variantları müzakirə ediləcək. Görüşün Ermənistan prezidenti Serj Sarkisyanın Moskvaya səfərindən dərhal sonra baş tutması da danışıqların əsas mövzusunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarının olacağını deməyə əsas verir.

Şərhlər