Rusiya nədən qorxur?
06 Mart 2011 Bazar 20:16
Rusiya nədən qorxur? Ekspert: "Moskva Soçidə tərəflərdən müharibənin başlanmayacağına dair təminat almaq istəyirdi".
Azərbaycan və Ermənistan prezidentilərinin Soçidə keçən son görüşünə artıq yerli ekspertlər münasibət bildirməyə başlayıb. Üçtərəfli görüşdən ekspertlər o qədər də nikbin deyil. Məsələn, politoloq Ərəstun Oruclu hesab edir ki, hərbi qarşıdurma Rusiyanın faktiki olaraq bütün Qafqaz bölgəsində maraqlarını təhlükə altına qoyardı. Onun fikrincə, Soçi görüşünün əsas məqsədi tərəflərdən hərbi münaqişəyə başlamayacağına dair təminat almaq idi. “Alındımı bu təminat? Demək çətindir”, - deyə o vurğulayıb.

Politoloq Rasim Musabəyov isə hesab edir ki, hər halda ilin ilk görüşü danışıqların hələ də perspektivinə işarədir.

Öz növbəsində rəsmi Bakı düşünür ki, ermənilər indiyə qədər tutduğu mövqenin nəticəsiz olduğunu anlayıb. Prezident Admistrasiyasının şöbə müdiri Novruz Məmmədov ANS-ə bildirib ki, görüş kifayət qədər konstruktiv keçib: “Ermənistan tərəfi indiyə qədər tutduğu mövqenin heç bir nəticə verməyəcəyinə artıq əmin olub”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar