Rusiya diplomlu genclere yaşıl işıq yandırır
21 Oktyabr 2013 Bazar Ertəsi 08:17
Konstantin Romodanovski: Rusiya qonşu olkelere viza rejimini tetbiq etmeyecek.
Rusiya miqrant problemini həll etmək üçün Qərbi Avropa təcrübəsindən yararlanmaq istəyir. ANS PRESS-in Rusiya mətbuatına istinadən məlumatına görə, rəsmi Kreml ölkənin əmək bazarında çalışan əcnəbilərin sayında gənc və ixtisaslı işçilərin payını yüksəltmək istəyir.
Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovskinin "Kommersant" qəzetinə verdiyi müsahibədə bildirib ki, Rusiya qonşu olkələrə viza rejimini tətbiq etməyəcək: "Qonşu ölkələrə vizanın tətbiq edilməyəcək. Bu məsələdə əsas kriteriya ölkənin bundan qazanıb-qazanmamsı olmalıdır. Miqrasiya məsələlərində bu yanaşma hər yerdə əsas götürülür".
Qurum rəhbəri Rusiya əmək bazarının əcnəbilərdən asılı olduğuna diqqəti yönəldərək qeyd edib ki, miqrasiya ilə bağlı qanunvericilikdə dəyişiklik ediləcək. Burdada əsas üstünlük ixtisaslı işçilərə veriləcək.
DOSTLARINLA PAYLAŞ: