Rövnəq Abdulayev təltif etdi
29 Oktyabr 2013 Çərşənbə Axşamı 20:15
Dövlət Sərhəd Xidmətinin bir qrup əməkdaşı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Fəxri fərmanları ilə təltif olunub
ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Dövlət Sərhəd Xidməti əməkdaşlarını Fəxri fərmanla təltif edib.

ARDNŞ-dən ANS PRESS-ə verilən məlumata görə, “Bulla-dəniz” yatağındakı 90 nömrəli quyuda baş vermiş qəzanın aradan qaldırılmasında digər dövlət qurumları ilə birlikdə fəal iştirak etmiş Dövlət Sərhəd Xidmətinin bir qrup əməkdaşı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Fəxri fərmanları ilə təltif olunub.

Oktyabrın 29-da ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri fəxri fərmanları təqdim etmək məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində olmuşlar. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev qonaqları səmimi salamladıqdan sonra cari ilin avqustunda Xəzər dənizinin Azərbaycan sektorundakı “Bulla-dəniz” yatağında 90 nömrəli quyuda baş vermiş açıq fontanla əlaqədar yaranmış qəzanın aradan qaldırılması zamanı ekstremal şəraitdə yüksək fədakarlıq və peşəkarlıq göstərmiş Dövlət Sərhəd Xidməti əməkdaşlarının fəaliyyəti haqqında film nümayiş etdirilmişdir.

Tədbirdə çıxış edən ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev dəniz akvatoriyalarında baş verən texnogen qəzaların aradan qaldırılmasının bütün dünyada mürəkkəb əməliyyatlardan olduğunu söyləmiş, Azərbaycan mütəxəssislərinin bu çətin işin öhdəsindən layiqincə gəldiyini, quyunun xilas olunduğunu, sistemə qoşulduğunu və hazırda istismar edildiyini qeyd etmiş, sərhədçilərin yüksək peşəkarlıqla həyata keçirdikləri tədbirlərin


DOSTLARINLA PAYLAŞ:

oyunlar