Rəcəb Tayyip Ərdoğan bu gün ABŞ-a gedir
06 Dekabr 2009 Bazar 03:35
Rəcəb Tayyip Ərdoğan Amerika prezidenti Barak Obama ilə Qarabağdan danışacaq
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan bu gün ABŞ-a səfərə edəcək. Dekabrın 7-də onun Amerika prezidenti Barak Obama ilə görüşü gözlənilir.

Müzakirəsi gözlənilən məsələlər arasında Dağlıq Qarabağ münaqişəsi də olacaq. Daha doğrusu, ABŞ prezidenti və Türkiyənin baş naziri Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsindən danışacaqlar. Çox güman ki, Barak Obama ölkələr arasında imzalanmış protokolların parlamentlərdə ratifikasiyasının vacibliyini vurğulayacaq. Rəcəb Tayyip Ərdoğan isə Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində addım atılmadan protokolun Türkiyə Böyük Millət Məclisində ratifikasiyasının çox çətin olduğunu Birləşmiş Ştatlar prezidentinə çatdıracaq.

Görüşdə PKK mövzusu, İranın nüvə proqramı da müzakirə olunmalıdır. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar