Gündəm

Rəcəb Tayyib Ərdoğan israr edir

Rəcəb Tayyib Ərdoğan: "Minsk qrupu üzərinə götürdüyü vəzifəni yerinə yetirməlidir"

· Xəbərçi
Rəcəb Tayyib Ərdoğan israr edir
Türkiyə Cənubi Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması çərçivəsində fəaliyyəti davam etdirməklə yanaşı, mədəni və tarixi əlaqələri olan Azərbaycanla münasibətləri inkişaf etdirmək, habelə qarşılıqlı etimadı sarsıtmadan bölgənin “açar” ölkələrindən biri kimi gördüyümüz Azərbaycanın Ermənistan ilə problemlərini də tez bir zamanda həll etmək üçün çox ciddi səylər göstərir.
Bu fikri Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin Ankarada keçirilən toplantısındakı çıxışında bildirib.

Baş nazir əlavə edib ki, bu məsələdə ATƏT-in Minsk qrupunun üzərinə götürdüyü vəzifəni yerinə yetirməsi lazımdır. Rusiya, Fransa və ABŞ problemin həllində səylərini artırmalıdır.

Rəcəb Tayyib Ərdoğan bir daha Ermənistan Konstitusiya Məhkəməsinin məlum qərarının bu ölkə ilə imzalanmış protokollara zərbə vurduğunu, Türkiyənin öhdəliklərinə sadiq olduğunu və eyni sədaqəti rəsmi İrəvandan da gözlədiklərini deyib. ANSPRESS

Şərhlər