Ramazan ayı başlayıb
11 Avqust 2010 Çərşənbə 10:20
Bu gündən Ramazan ayı başlayıb. APA-nın məlumatına görə, şəvval hilalının görünməsindən asılı olaraq, Ramazan bayramı sentyabrın 9-u və ya 10-na təsadüf edəcək.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan orucunu tutanlara kömək məqsədilə xüsusi cədvəl və yaddaş kitabçası hazırlayıb. QMİ-dən bildirilib ki, oruc və namaz vaxtlarını ayrı-ayrı qurumlar tərəfindən hazırlanan, təfriqə yaradan cədvəllərə deyil, Şamaxı Astrofizika Rəsədxanası ilə birgə hazırlanan, elmə əsaslanan, milli-mənəvi birliyə xidmət edən cədvələ müvafiq nizamlamaq tövsiyə olunur. Cədvələ riayət olunmasının təmini qazılara, yerlərdəki səlahiyyətli nümayəndələrə, Axundlara, imamlara həvalə edilib.
QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Qədr gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə, 24-dən 25-nə və 26-dan 27-nə keçən gecələrə təsadüf edir.
Qeyd edək ki, Ramazan təqvimi APA-nın saytında da yerləşdirilib. APA
DOSTLARINLA PAYLAŞ: