Balakən rayonunda əməliyyat keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, rayon polis şöbəsi və Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İtitala kəndində yaşayan Hacımurtuz Gülməmmədovun yaşadığı evə baxış keçirilib. Baxış zamanı oradan radikal yönümlü dini təriqəti təbliğ edən 24 ədəd dini kitab, 8 ədəd broşüra və 1 ədəd videokaset aşkar edilərək götürülüb.
ANSPRESS




Şərhlər