ATƏT Parlament Assambleyasının fəxri prezidenti Qoran Lenmarker artıq qurumun Dağlıq Qarabağ münaqişəsi və Gürcüstandakı münaqişələr üzrə xüsusi nümayəndəsi vəzifəsini icra etmir.
Bu barədə
APA-ya ATƏT PA Katibliyinin sədri Andreas Beyker məlumat verib. Onun sözlərinə görə, Qoran Lenmarker sentyabrda İsveçdə keçirilən parlament seçkilərində mandat qazana bilməyib, buna görə də artıq ATƏT Parlament Assambleyasının deputatı deyil. Bununla belə o, ATƏT PA-nın fəxri prezidenti olaraq qalmaqdadır. Beyker bildirib ki, ATƏT PA-nın Dağlıq Qarabağ münaqişəsi və Gürcüstandakı münaqişələr üzrə xüsusi nümayəndəsi vəzifəsi hazırda vakant olaraq qalır.