QİƏT PA-da Ermənistan məsələsi
16 Sentyabr 2009 Çərşənbə 05:50
Azərbaycan nümayəndə heyəti bəyan edəcək ki, Ermənistan nəinki Azərbaycanın, bütövlükdə regionun ekologiyasına böyük ziyan vurur
Ermənistan nəinki Azərbaycanın, bütövlükdə regionun ekologiyasına böyük ziyan vurur. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində yanğınların törədilməsi, regiondakı çayları zəhərli maddələrlə, tullantılarla çirkləndirməsi bölgəni ekoloji fəlakətə aparır. Bu məsələlərlə bağlı Azərbaycan Respublikası Milli Məclisinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasındakı (QİƏT PA) nümayəndə heyəti qurumun bu gün Yunanıstanın Soloniki şəhərində keçiriləcək iqtisadiyyat və mədəniyyət komitələrinin birgə iclasında çıxış edəcək.
Azərbaycanın QİƏT PA-da nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev bildirib ki, onlar bu məsələlərin qurumun hazırlayacağı məruzəyə salınmasına çalışacaqlar. Bu məruzə Baş Assambleyanın noyabrda Moskvada keçiriləcək iclasında müzakirəyə çıxarılacaq və bununla bağlı qurum tövsiyələr hazırlayaraq QİƏT-in üzvü olan ölkələrin parlamentlərinə göndərəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar