“Qəddafi ordusuna cinlər yardım edir”
19 Aprel 2011 Çərşənbə Axşamı 02:56
Lviya liderinin kahini Qərb koalisiyasını cadu ilə dağıdacağını iddia edib, Türkiyəni isə qarğıyıb
Liviya lideri Muammər Qəddafinin kahini iştirak etdiyi televiziya proqramında koalisiya qüvvələrini hədələyib. Yusif Şakir adlı kahin bombardımana davam edəcəyi təqdirdə koalisiya qüvvələrinə qarşı “Çin cadusu” ilə onlara ziyan vuracağını, cinlərin gücündən istifadə edərək dünyada xaos yaradacağını iddia edib.

Dövlət telekanalı olan “Əl-Cəmahirriyə”də çıxış edən kahin Türkiyəyə qarğış yağdırıb: “Türklər dinlərini dünya qarşılığında satdıqları üçün torpaqları zəlzələ ilə iki yerə ayrılsın”.

Bundan başqa Qətər və Birləşmiş Ərəb Əmrliklərini də qarğıyan kahin bu ölkələrin qum qasırğası nəticəsində yox olması üçün Allaha yalvarıb.

Cinlərin Qəddafi ordusu ilə çiyin-çiyinə vuruşduğunu iddia edən kahin müxaliflərin “Əl-Qaidə” terror təşkilatına bağlı fəaliyyət göstərdiyini və atışmalar vaxtı narkotik qəbul etdiklərini deyib.

Liviya xalqına müraciət edən kahin salehlərin və cinlərin dəstək verdiyini iddia edərək onları ürəkləndirib, Qərbi və üsyançıları da hədələyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar