Qəddafi ölüb?
25 Fevral 2011 Cümə 18:56
Bütün dünya Liviya diktatorunun harada olduğunu bilmək istəyir
Müəmmar Qəddafi haradadır? Bu, hazırda dünyada ən çox verilən sualdır. Liviya lideri müntəzəm olaraq canlı efirdə çıxış etsə də, onun hələ də harada olduğu hadqa dəqiq məlumat vermək mümkün deyil. Mətbuat orqanları fərqli-fərqli informasiyalar verir. Fransız nəşri “Le Figaro” yazır ki, Qəddafi son vaxtlar Tripoliyə yaxın ərazidə elit hərbi baza bölmələrinin hərbçiləri tərəfindən mühafizə edilir.

Eyni zamanda bəzi mənbələr Qəddafinin öldüyünü yazır. Birinci olaraq bu barədə CNBC, daha sonra isə Reuters yazmışdı. Amma Liviya liderinin ölümü haqda xəbər təsdiq edilmədi. Eyni zamanda Amerika administrasiyasının adı çəkilməyən nümayəndəsi qeyd edib ki, Vaşinqtonun heç bir səbəbi yoxdur ki, Qəddafini ölmüş hesab etsin.

Britaniyanın “The Daily Mail” qəzeti isə yazıb ki, yayılan şayiələr dünya bazarında neftin qiymətində tərəddüdlərin yaranmasına təsir edir. Analitiklər hesab edir ki, “qara qızıl”ın qiyməti son 2 ildə ən rekord həddə çatıb ki, böyük ehtimalla yaxın vaxtlarda neftin bareli 220 dollara qədər artacaq.

“Le Figaro” iddia edir ki, Müəmmar Qəddafi sağdır, müdafiəsi olduqca yaxşı təşkil edilmiş kompleksdə gizlənir. Həmin bazada Qəddafi bəsit kabinetdə Afrikanın böyük xəritəsini saxlayır. Nəşrin yazdığına görə, bazada yeraltı bunker tikilib.








DOSTLARINLA PAYLAŞ:

oyunlar