Qəddafi məsuliyyətə cəlb olunmalıdır.
26 Mart 2011 Şənbə 16:43
O,Liviyada əməliyyatın uğurla getdiyini də bəyan edib
Liviya lideri Müəmmar Qəddafi dinc sakinlərə qarşı amansız davranışına görə məsuliyyətə cəlb olunmalıdır. Amerika Birləşmiş Ştatların prezidenti Barak Obama belə hesab edir.
Barak Obama ənənəvi radio müraciətində Liviya rəhbərliyini dinc sakkinlərə qarşı hücumları dayandırmağa çağırıb. Beynəlxalq koalisiyanın əməliyyatını yüksək qiymətləndirən Ağ Ev rəhbəri mühüm uğurun əldə olunduğunu da deyib. O, Liviyadakı əməliyyatın ABŞ-ın milli maraqlarına cavab verdiyini də qeyd edib. Onun sözlərinə görə qanlı mübarizəyə söz verən Məüəmmar Qəddafi bu vədini yerinə yetirsəydi, bu bütün regionda qeyri-sabit vəziyyətin yaranması ilə nəticələnərdi.
Barak Obama Liviyaya çevik hərbi müdaxilənin saysız qurbanların və humanitar fəlakətin qarşısını aldığını bəyan edib.
O, eyni zamanda bildirib ki, Qəddafi qüvvələri mühasirəyə aldıqları şəhərlərin ətrafından tam kənarlaşdırılmalı və sakinlərə humanitar yardımın çatdırılmasına imkan verilməlidir.
Amerika Birləşmiş Ştatların Liviyadakı beynəlxalq əməliyyatda yalnız məhdud iştirakını vurğulayan Barak Obama Vaşinqtonun bu Şimali Afrika ölkəsinə quru qüvvələr göndərmək niyyətində olmadığını da bəyan edib. O, bildirib ki, amerika hərbçiləri yalnız Liviya səmasında uçuşsuz zonanın qorunmasını və ölkəyə silah gətirilməsinə yol verməmək məqsədilə dəniz blokadasını təmin edir.
«Qəddafi xalqının etimadını və hakimiyyətdə legitimliyini artıq itirib. Liviya xalqının ümidləri reallaşmalıdır. Hər bir amerikalı Liviyada xilas etdiyimiz insanların həyatı və orada göstərilən xidmətə görə fəxr edə bilər. Liviya xalqı və bütün dünya görür ki, ABŞ öz taleyini müəyyən edə biləcəyi gələcəyə ümid bəsləyənlərin tərəfindədir. Bizim Liviyada hərbi missiyamız aydındır. Biz müttəfiqlərimizlə birlikdə BMT Təhlükəsizlik Şurasının mandatını gücləndiririk. Biz Liviya xalqını Qəddafi qüvvələrindən qoruyuruq. Biz Liviyanın havadan müdafiəsini təmin edirik. Qəddafi qüvvələri artıq Liviyada irəliləyə bilmir.»-Barak Obama belə deyib.
Eğ Evdən verilən məlumata görə Barak Obama martın 28-də ABŞ-ın Milli Müdafiə Universitetində Liviyada vəziyyətlə bağlı çıxış edəcək.
DOSTLARINLA PAYLAŞ: