Qəddafi: “Dostum Sarkozi dəlidir”
16 Mart 2011 Çərşənbə 01:51
Liviya lideri ölkəsinin gələcəkdə qərblə bütün əlaqələri kəsəcəyini deyib
Liviya prezidenti Müammər Qəddafi Fransanın prezidenti Nikolya Sarkozi üçün “O dəlidir” – deyib. Almaniyanın “RLT” telekanalına açıqlama verən Qəddafi Fransa prezidentinin psixi xəstəliyi olduğunu deyib: “O mnim dostumdur, amma hesab edirəm ki, bir az dəlidir. Psixi bir xəstəliyi var. Bunu, onun ətrafında olanlar da deyir. İş yoldaşları onun psixi narahatlığı olduğunu deyir”.

Ölkəsində baş vermiş hadisələrdən bəhs edərkən “150-200 nəfərin öldüyü kiçik bir hadisə” – deyən Qəddafi üsyanın bitiriləcəyini, hər şeyin normal hala dönəcəyini bildirib. Liviya lideri həmçinin qərbin ona istiqamətləndirdiyi tənqidi başa düşmədiyini deyir: “ABŞ və Avropanı xəyal qırıqlığına uğradacaq nə etmişəm mən? Mənim rəsmi bir vəzifəm yoxdur. Məni tənqid edə bilməzsiniz. İngiltərə Kraliçası Yelizavetanı tənqid edə bilirik?”

Ölkəsinin gələcəkdə qərb ölkələri ilə əməkdaşlıq etməyəcəyini bildirən Qəddafi bütün investisiyalarını Rusiya, Hindistan və Çinə yatıracaqlarını deyib. Qərbi unudacaqlarını deyən Müammər Qəddafi Amaniyanın bundan istisna ediləcəyini bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar