Qəddafi 3 şərtini açıqladı
13 Aprel 2011 Çərşənbə 12:55
O öz yerinə oğlunun keçməsini istəyir
Liviya lideri Müəmmər Qəddafi müxalifət nümayəndələrinə atəşkəs və sülh üçün öz şərtlərini təqdim edib. Ərəb mətbuatının yazdığına görə, keçid dövrü milli şurası Qəddafinin 3 əsas şərtinin olduğu barədə məlumat verir. Müəmmər Qəddafi əsasən, şərəflə istefaya göndərilməsini, hər hansı bir simvolik posta təyin edilməsini və hakimiyyətin oğlu Seyf əl-İslama təhvil verilməsinin tələb edir.
Ərəb mətbuatının yazdığına görə, keçid dövrü hökuməti Seyf əl-İslamla kompromis əldə etməyin, Qəddafinin özü ilə danışıqlar aparmaqdan asan olacağını düşünür.
DOSTLARINLA PAYLAŞ: