Qebele RLS-de tehvil-teslim işleri başa çatır
18 May 2013 Şənbə 10:32
Azerbaycan xarici işler naziri müavini Xelef Xelefov bu barede açıqlama verib.
“Qəbələ radiolokasiya stansiyasında təhvil-təslim işlərinin yaxın zamanlarda bitməsini gözləyirik”. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirin müavini Xələf Xələfov bildirib.

Onun sözlərinə görə, bütün təşkilatı işlər keçirilib və indiki mərhələdə əsas məsələ stansiyada Rusiyaya aid daşınan əmlakın nəqlinin başa çatdırılmasıdır: “Bununla bağlı xüsusi qrafik hazırlanıb. Həmin qrafik əsasında Rusiyadan xüsusi təyyarələr bilavasitə Qəbələyə gəlirlər. Orada bizim tərəfindən müvafiq xidmətlər göstərilir. İşin asanlaşdırılması üçün xüsusi gömrük məntəqəsi yaradılıb. Rusiya komandanlığı ilə bu işlər razılaşdırılıb, daşınılacaq mülkün siyahısı hazırlanıb, bütün praktiki və təşkilati işləri görülüb”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar