Gündəm

Qarabağın tanınması məsələsi Ermənistan parlamentində

Separatçı rejimin tanınması haqqında qanun layihəsininin müzakirəsini “İrs” fraksiyasının katibi Zauri Postancyan təklif edib.

· Xəbərçi
Qarabağın tanınması məsələsi Ermənistan parlamentində
Qondarma “Dağlıq Qarabağ Respublikasının tanınması haqqında” qanun layihəsi Ermənistan parlamentində gələn həftənin çərşənbə axşamı müzakirəyə çıxarıla bilər. Bu təşəbbüslə Ermənistan parlamentinin “İrs” fraksiyasının katibi Zauri Postancyan çıxış edib.

ANS PRESS-in Ermənistanın “lragir.am” saytına istinadən verdiyi məlumata görə, bu barədə xəbəri Ermənistan parlamentinin bu gün keçirilən birinci plenar iclasında spiker Ovik Abramyan bildirib.

Daha əvvəl Ermənistan parlamentinin Beynəlxalq Məsələlər komitəsi qanun layihəsinin plenar iclasın gündəliyinə salınmasına müsbət rəy verməmişdi.
Qanun layihəsinin növbədənkənar iclasıda müzakirəyə çıxarılacağı planlaşdırılır.

Şərhlər