Qarabağ Vaşinqtonda
15 Oktyabr 2010 Cümə 17:25
"Gallery Center"də "Mənim Qarabağım" adlı foto sərgi təşkil ediləcək.
ABŞ-da fəaliyyət göstərən “Qarabağ” Fondu Vaşinqton şəhərində növbəti tədbirini keçirəcək. Fonddan ANS PRESS-ə verilən məlumata görə, 17-18 oktyabr tarixlərində fond Vaşinqton şəhərinin ən nüfüzlu sərgi salonu sayılan "Gallery Center"də “Mənim Qarabağım” adlı foto sərgi keçirəcək. Sərgidə Qarabağın işğalından öncə müxtəlif fotoqraflar tərəfindən çəkilmiş 100-ə yaxın fotoşəkillər sərgilənəcək. Daha sonra eyni sərgi digər mötəbər sərgi salonu sayılan "Honfleur Galleri"də oktyabr ayının 30-a kimi keçiriləcək.

Bu sərgilərə Vaşinqtonda şəhərin tanınmış sənətşünasları, incəsənət xadimləri, siyasətçilər, Azərbaycan və Türk icmasının nümayəndələri dəvət olunub.

Xatırladaq ki, "Qarabağ" Fondu 2009-cu ilin noyabr ayında ABŞ-da yaradılıb və qeyri-hökumət təşkilatlarına verilən yüksək 501 (C) 3 statusuna sahibdir. Fondun əsas məqsədi Azərbaycan, onun Qarabağ bölgəsi və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini Amerikada tərənnüm və təbliğ etməkdən ibarətdir. Buna nail olmaq üçün "Qarabağ" Fondu müxtəlif sərgilər, kitabların nəşri, ictimai proqramlar, forumlar, mübadilə proqramlarının həyata keçirilməsini nəzərdə tutur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar