Qafqazda güclü zelzele ola biler
28 May 2013 Çərşənbə Axşamı 04:53
Qafqazda güclü zelzele ola biler. Seysmoloqlar 6 ballıq yeraltı tekanlar proqnozlaşdırırlar.
Seysmoloqlar Kamçatka və Şimali Qafqazda nisbətən güclü zəlzələlər proqnozlaşdırırlar. ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Rusiya Fizika İnstitutunun direktor müavini Yevgeniya Roqojinanın verdiyi məlumata görə, Kamçatka və Dağıstanın Dərbənd və Mahaçqala şəhərlərində yeraltı təkanlar ola bilər.
Ekspert bu regionlarda 7,5 bal gücündə zəlzələnin olacağını az ehtimal etdiyini bildirib. Seysmoloq Qafqazda 6 ballıq yeraltı təkanların baş verəcəyini proqnozlaşdırıb.
Yevgeniya Roqojina bu regionda əhalinin sıxlığını nəzərə alaraq dağıntılar və tələfatın baş verəcəyini istisna etməyib.
DOSTLARINLA PAYLAŞ: