Putinin müvekkili Rövşen Kazımovla bağlı teleqram gönderib
06 Noyabr 2013 Çərşənbə 22:04
Pavel Astaxovun Azerbaycanın sefiri Polad Bülbüloğluya ünvanladığı teleqramda fövqelade hadisenin şexsi nezaretinde olduğunu deyib.
Rusiya Federasiyasının prezidenti yanında uşaq hüquqları üzre müvekkil Pavel Astaxov 14 yaşlı azerbaycanlı elil uşaq Rövşen Kazımovun döyülmesi ile bağlı Azerbaycanın Moskvadakı sefiri Polad Bülbüloğluya teleqram gönderib. Teleqramda deyilir:
"Hörmetli sefir! 1 noyabr 2013-cü il tarixde Zelenoqrad şeherinde serxoş veziyyetde olan kişi terefinden 1999-cu il tevellüdlü yeniyetme Rövşen Müzeffer oğlu Kazımovun döyülmesi ile bağlı derin teessüf bildirirem. İstenilen milliyyetden ve dini inancdan olan uşağa qarşı milli nifret, tehqir ve alçaldılma tezahürlerini yolverilmez sayıram. Bu cür fövqelada halların qarşısının alınması ve günahkarların sert cezalandırılması üçün bütün lazımi tedbirleri görmek niyyetindeyem. Menim terefimden Moskva meri S.S.Sobyanine, Rusiya Federasiyasının baş prokuroru Y.Y.Çaykaya, Rusiya Federasiyasının daxili işler naziri V.A.Kolokoltseve müvafiq teleqramlar gönderilib. Sözügeden fövqelade hadise menim şexsi nezaretim altındadır".
DOSTLARINLA PAYLAŞ: