Avqustun 13-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan Respublikasına səfəri başa çatıb.
ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Rusiya Federasiyasının Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Azərbaycan-Rusiya hökumətlərarası iqtisadi komissiyanın həmsədri Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.
Putinin Azerbaycana seferi başa çatıb
Rusiya prezidentini hava limanında Azerbaycanın baş nazirinin birinci müavini, Yaqub Eyyubov ve diger resmi şexsler yola saldılar.




Şərhlər