Putin Azərbaycandan ümidini üzmür
20 Oktyabr 2011 Cümə Axşamı 14:43
Rusiya baş naziri üç ölkənin Azad Ticarət Zonasına qoşulmamasına aydınlıq gətirib.
Məlum olduğu kimi, oktyabrın 18-də MDB ölkələri hökumət başçılarının Sankt-Peterburqda keçirilən növbəti sammitində azad ticarət zonası haqda müqavilə imzalandı. Lakin adı çəkilən müqaviləniAzərbaycan, eləcə də Türkmənistan və Özbəkistan imzalamadı.

Sammitin yekunlarına dair mətbuat konfrası keçirən Rusiya baş naziri Vladimir Putin adı MDB-yə üzv üç dövlətin müqaviləyə qoşulmamasına aydınlıq gətirməyə çalışıb.

“Rusiya enerji daşıyıcıları, metal və digər mallara yüksək ixrac rüsumlarının saxlanılmasına təkid edib. Bu mallar sazişə qoşulmuş dövlətlər üçün ciddi fiskal maraq kəsb edir. Bu sazişi imzalamayan 3 dövlətin sazişin gömrük tənzimlənməsi tədbirlərinə dair müəyyən şübhələri var. Amma ümid edirəm ki, Azərbaycan, Türkmənistan və Özbəkistan ilin sonuna kimi Azad Ticarət Zonasına qoşula bilər”,- deyə Rusiya hökumət başçısı əlavə edib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar