"Problem həll olunmadan Türkiye sərhədi açmayacaq”
18 Sentyabr 2009 Cümə 15:16
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan sentyabrın 17-də axşam televiziya kanallarının və qəzetlərin baş redaktorları üçün iftar verib.
APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan iftarda bir sıra aktual məsələlərlə bağlı açıqlamalarla çıxış edib və media rəhbərlərinin suallarını cavablandırıb. Ermənistanla paraflanmış protokollara toxunan baş nazir bəyan edib ki, Azərbaycanla Ermənistan arasındakı problem həll olunmadan Türkiyə Ermənistanla sərhədi açmayacaq: “Bunu özlərinə də söyləmişik. Hazırda Əliyev, Medvedev və Sarkisyan arasında danışıqlar intensivləşib. Dağlıq Qarabağ münaqişəsinin həllinə əvvəlkindən daha yaxın nöqtədəyik. Bu problem həll olunmadan bizim sərhədi açmağımız mümkün deyil”.

R. T. Ərdoğan onu da əlavə edib ki, Ermənistan diasporanın təsirindən xilas olmalıdır: “Diasporanın Ermənistana heç bir faydası yoxdur. Əksinə, diaspora Ermənistandan faydalanır”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar