Prezidentlər Kişinyovda üz-üzə gələcək
17 Sentyabr 2009 Cümə Axşamı 16:30
İlham Əliyev Serj Sarkisyanla oktyabrın 10-da MDB sammiti çərçivəsində görüşəcək
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan oktyabrın 10-da növbəti dəfə görüşəcəklər. Bu görüş Moldovanın paytaxtı Kişinyovda reallaşacaq. Belə ki, həmin vaxt Müstəqil Dövlətlər Birliyinin zirvə toplantısı keçiriləcək və bu toplantı çərçivəsində iki ölkə başçısı bir araya gələcək.
Qeyd edək ki, gələn həftə Nyu-Yorkda reallaşacaq Birləşmiş Millətlər Təşkilatının yığıncağında ATƏT-in Minsk qrupunun həmsədləri, habelə Azərbaycan və Ermənistan xarici işlər nazirləri iştirak edəcək. XİN başçıları Kişinyov görüşünə hazırlıqla bağlı məsələləri həll edəcək.
DOSTLARINLA PAYLAŞ: